Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir. Son illər elektrik avtomobillərinin populyarlığı sürətlə artır.
Ətraf mühitə daha az təsir göstərməsi, yanacaq xərclərinə qənaət və texnoloji üstünlükləri sayəsində bir çox sürücü elektrik nəqliyyat vasitələrinə üstünlük verir.
Lakin elektromobillərinin ən vacib komponentlərindən biri batareyadır və müəyyən müddətdən sonra aşınmaya məruz qalaraq dəyişdirilməyə ehtiyac duyur.
Bəs hansı hallarda batareyanın dəyişdirilməsi vacibdir? Mövzu ilə bağlı avtobloger Bəhruz Gülalı Avtosfer.az-a açıqlamasında bildirib ki, el
Bunu da kilometrajla ifadə edəndə 150-300 min kilometr aralığında bir yürüş edir.
Burada müəyyən fərqlər var ki, məsələn, batareya hansı növdəndir, yəni lityum batareyadır, yoxsa bərk hal batareyasıdır, bu kateqoriyalara görə dəyişir.
Həmçinin istifadə qaydasından və qulluqdan da asılı olaraq siz bu ömrü uzada, yaxud da qısalda bilərsiniz.
Əslində, buna təsir edən nüanslar çoxdur, harada yaşamağınızdan, avtomobili harada idarə etməyinizdən asılıdır.