Elektron cihazları təmizləyərkən bu səhvə yol verməyin!

09.11.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elektron cihazları, hətta distillə edilmiş su ilə təmizləmək belə, onların sıradan çıxmasına səbəb ola bilər. Su daxili komponentlərə nüfuz edərək qısaqapanma və korroziya riski yaradır.

Moderator.az "BGR" nəşrinə istinadən xəbər verir ki, jurnalist Obaid Ur Rehman distillə edilmiş suyun kran suyundan daha az mineral ehtiva etdiyini, lakin toz və digər çirkləndiricilərlə təmasdan sonra onun tərkibinin dəyişə biləcəyini bildirib.

Su kompüterin konnektorlarında və anakartın kiçik komponentlərinin altında toplana bilər. Buna görə də cihazın xaricdən quru görünməsi onun daxilində nəmin olmadığı demək deyil.

Mütəxəssislər cihazların təmizlənməsi zamanı istehsalçı təlimatlarına əməl etməyi tövsiyə edirlər. Ekranları yumşaq, tüksüz parça ilə silmək, havalandırma dəliklərindəki tozu isə sıxılmış hava vasitəsilə təmizləmək olar.

Təmizliyə başlamazdan əvvəl cihaz söndürülməli və elektrik şəbəkəsindən ayrılmalıdır. Adi tozsorandan istifadə isə statik elektrik səbəbindən elektron komponentlərə zərər verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью