Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi genişləndirilir | Icma.az
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Parlament Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqq
Modern.az xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 13-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Dəyişikliklər, əsasən, Elektron Hökumət İnformasiya Sisteminin istifadəsinin genişləndirilməsi və bürokratik maneələrin azaldılması məqsədini daşıyır.
Müvafiq qanunlara edilən dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 88-ci maddəsinə əlavə edilən 3-cü hissəyə görə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri ilə bağlı sənədlərdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər.
Bu məlumatların elektron təqdim edilməsi həmin sənədlərin fiziki təqdim edilməsinə bərabər tutulur.
Miqrasiya Məcəlləsinin bir sıra maddələrinə (39.5, 44.7, 51.9, 52.6) əlavələr edilib.
Bu dəyişikliklərə əsasən, müvəqqəti və daimi yaşayış icazələri, iş icazələri və digər miqrasiya sənədləri ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda vətəndaşın sağlamlıq vəziyyətini əks etdirən tibbi sənədlərdə göstərilən məlumatların elektron şəkildə təqdim edilməsi mümkündür.
Tam oxu
Xəbəri oxu