ELEKTRON İCRA: Hüquqi prosesləri sürətləndirən rəqəmsal inqilab | Icma.az
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Elektron İcra" informasiya sistemi (EİS) müasir dövrdə dövlət orqanlarının hüquqi icraatları daha sürətli, şəffaf və effektiv şəkildə idarə etmələrini təmin edən mühüm texnoloji yeniliklərdən biridir.
Bu sistemin yaradılması həm dövlət idarəçiliyinin rəqəmsal transformasiyası, həm də hüquqi icraatların optimallaşdırılması baxımından əhəmiyyətlidir.
"Elektron İcra" informasiya sisteminin yaradılması tarixi:"Elektron İcra" informasiya sistemi 21-ci əsrin əvvəllərində dünyanın bir çox inkişaf etmiş ölkələrində dövlət xidmətlərinin rəqəmsallaşdırılması və hüquqi icra sahəsinin müasirləşdirilməsi məqsədilə yaradılmağa başlanmışdır.
Azərbaycan da bu qlobal tendensiyaya qoşularaqhüquqi icraatların rəqəmsal şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə "Elektron İcra" informasiya sistemini inkişaf etdirməyə qərar verdi.
Azərbaycan Respublikasında "Elektron İcra" informasiya sistemi (EİS) ilə bağlı ilkin hazırlıq işlərinə 2010-cu illərin ortalarında başlanmışdır.
Bu dövrdə müxtəlif dövlət orqanları arasında əməkdaşlıq yaradılaraq müvafiq texnoloji infrastrukturların qurulması üçün tədbirlər görülmüşdür.
Dövlət başçısının rəqəmsal dövlət idarəetməsi və informasiya texnologiyalarının inkişafına dair verdiyi tövsiyələr və sərəncamlar bu prosesin sürətlənməsinə və genişlənməsinə zəmin yaratmışdır.
Tam oxu
Xəbəri oxu