Elektron köməkçilər sürücüləri əsəbləşdirir

21.06.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Müasir hərəkət intensivliyi dövründə avtomobil idarə etmək stres yaradır. Bunun qarşısını almaq,sürücüyə kömək və təhlükəsizlik məqsədi ilə müxtəlif elektron köməkçilər tətbiq edilir. Bu xüsusda Çin avtomobilləri daha çox fərqlənir. 

Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, bəzən bu assistentlər kömək əvəzinə sürücünü daha da əsəbləşdirir. “Driver Power”in məlumatına görə ardı kəsilməyən səsli bildirişlər (distansiya, xətti izləmə və s.) sürücünün təhlükəsiz idarəetməsinə mane olur, onun fikrini yayındırır.
Ən böyük təhlükə isə əsas tənzimləmələrin menyuda axtarılması zərurətidir. Bu da sürücünün diqqətini hərəkətdən yayındıraraq qəza riski yaradır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью