Elektron Müqavilə Qanunvericilik nə deyir? | Icma.az
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiliscə “Electronic Contract” kimi tərcümə olunan “Elektron müqavilə”ni ifadə etmək üçün “Rəqəmsal müqavilə” terminindən də istifadə olunur.
30 il bundan əvvəl “Elektron müqavilə” terminindən istifadə edilsəydi, cəmiyyət üzvləri üçün qəribə səslənərdi.
Tarixə nəzər salsaq, görərik ki, dünyada ilk elektron müqavilə 1994-cü ildə ABŞ-da “Pizza Hut” və onun müştəriləri arasında bağlanıb və bununla da “Pizza Hut” internet vasitəsilə pizza sifarişini qəbul edən ilk şirkət olub.
Məhz bu hadisə elektron müqavilələrin kommersiya sektorunda istifadəsinin başlanğıcı sayılır.
ABŞ-da 2000-ci ildə qəbul edilmiş “Electronic Signatures in Global and National Commerce Act” elektron imzaların müqavilələri qanuni şəkildə təsdiqləməsi üçün nəzərdə tutan ilk qanunlardan biri sayılır.
Bu qanun ABŞ-da elektron müqavilələrin hüquqi statusunu rəsmiləşdirir.
Qanunun maraqlı müddəalarından biri isə odur ki, hətta sadə bir “e-poçt” ismarişindəki “təsdiq edirəm” yazısı belə sözügedən qanuna görə “hüquqi imza” kimi qəbul edilə bilər.
Tam oxu
Xəbəri oxu