Elektron Rəqabət İnformasiya Sisteminin istifadəçilər üçün faydası nədir? İZAH | Icma.az
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) Azərbaycan Respublikası Prezidentinin 09 iyul 2024-cü il tarixli 133 nömrəli Fərmanına əsasən rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində idarəetmənin təkmilləşdirilməsi, görülən işlərin səmərəliliyinin artırılması, habelə vahid informasiya sistemi üzərindən xidmətlər göstərilməsini təmin etmək məqsədilə yaradılıb.
ERİS vasitəsilə ölkə ərazisində yaşayan bütün vətəndaşlar, hüquqi və fiziki şəxslər, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün rəqabət, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi sahələrində bir sıra elektron xidmətlər təklif olunur ki, bu xidmətlərin göstərilməsi müvafiq sahələrdə effektivliyin artırılması, istifadəçi məmnunluğuna nail olunması, şəffaflıq və operativliyin təmin edilməsinə hədəflənib.
“Elektron Rəqabət İnformasiya Sistemi rəqabət və istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar elektron xidmətlərin vahid sistem üzərindən təqdim edilməsini təmin edəcək”.
Mövzu ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Moderator.az-a bildirilib ki, qurumun fəaliyyət istiqamətlərini əhatə edən xidmətlər, xüsusilə rəqabət və istehlakçı hüquqlarının qorunması üzrə müraciətlərin ERİS üzərindən qəbulu nəzərdə tutulur.
Qeyd edilib ki, sistemdə həmçinin müraciətlərin emalı, onlara əlavə edilməli olan sənəd və ya məlumatların real vaxt rejimində digər dövlət qurumlarından sorğu əsasında əldə olunması, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsi planlaşdırılır.
Bir sözlə, ERİS rəqabət və istehlakçı hüquqları sahəsində tənzimləmə və nəzarətin həyata keçirilməsi ilə bağlı proseslərin rəqəmsallaşdırılmasını təmin etməklə qeyd olunan sahələrdə məlumatların əlçatanlığına əhəmiyyətli töhfə verəcək.
Bu xüsusda Elektron Rəqabət Portalı (//e-reqabet.gov.az/home) vasitəsilə müraciətlərin qəbulu və cari statusunun izlənilməsi mümkün olacaq.
Tam oxu
Xəbəri oxu