Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2025-ci ilin yanvar-noyabr ayları ərzində keçirilmiş elektron satınalmaların sayı 8411, məbləği isə 4,1 milyard manat təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 6,4 faiz, məbləğ üzrə isə 16,5 faiz artım müşahidə edilib.
Bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta təchizatçı sayı 3,5 təşkil edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı üzrə ümumilikdə 2,9 faiz artım qeydə alınıb.
Satınalma prosedurlarının rəqəmsallaşdırılması prosesin bütün mərhələlərinin açıq şəkildə izlənməsinə imkan yaratmaqla yanaşı, bu sahədə hesabatlılığı gücləndirir və maliyyə resurslarının optimal istifadəsini təmin edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.