Elektron siqaretə görə həbs olundu

04.06.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Turist kimi Hindistana gedən rusiyalı qadının yerli qanunları bilməməsi onun həbsi ilə nəticələnib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə Qoa ştatına gedən qadın üzərində elektron siqaret aşkarlandığı üçün saxlanılıb. 

Məsələ burasındadır ki, rusiyalı elektron siqaret aparatının sənədi olmadığı üçün problemlə üzləşib. Hindistanda 2019-cu ildə qəbul edilən qanuna görə, elektron siqaretlərin istehsalı, ixracı, idxalı, reklamı, satışı və saxlanması qadağandır. Qadağanı pozanlar 100 min rupi cərimə olunur və ya 1 illik həbs cəzasına məhkum edilir. İndiki halda qadını cərimə deyil, həbs cəzası gözləyir.

Qeyd edək ki, sözügedən qanunu bilməyən turistlərin sayı çoxdur və onlar adətən cərimə ilə canlarını qurtarırlar.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью