Elektron tullantılardan qızıl çıxarmaq üçün üsul hazırlanıb | Icma.az
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İnnovativ üsul ənənəvi qızıl hasilatı üsullarına ekoloji cəhətdən təmiz alternativ təqdim edir və ildə 50 milyon ton təşkil edən elektron tullantıların effektiv şəkildə təkrar emalına kömək edir.
SİA-nın məlumatına görə, Kornell Universitetinin tədqiqatçıları elektron tullantılardan qızıl çıxarmaq üçün qabaqcıl üsul hazırlayıblar.
Eyni üsul həm də əldə edilən qızılın karbon qazını qiymətli üzvi birləşmələrə çevirmək üçün katalizator kimi istifadə etməyə imkan verir.
Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc olunub.
İnnovativ üsul ənənəvi qızıl hasilatı üsullarına ekoloji cəhətdən təmiz alternativ təqdim edir və ildə 50 milyon ton təşkil edən elektron tullantıların effektiv şəkildə təkrar emalına kömək edir.
Hazırda belə tullantıların yalnız beşdə biri təkrar emal olunur.
Texnologiya mis və nikel kimi digər metallara faktiki olaraq heç bir təsir göstərmədən qızılın 99,9 faizinin çıxarılmasını təmin edir.
Tam oxu
Xəbəri oxu