Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

16.10.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda elektron dövlət xidmətlərinin göstərilməsi və informasiya sorğularının təqdim olunması qaydaları təkmilləşdirilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan  “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Dəyişikliklərə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda elektron xidmət anlayışı yenilənir.
Elektron xidmət dövlət xidmətlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilməsi forması kimi müəyyənləşdirilir. Xidmətin məqsədləri üçün birbaşa təmasın tələb olunduğu hallar istisna təşkil edir.
 

Bundan başqa, elektron xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən, eləcə də rəsmi internet resurslarında və sahəvi portallarda həmin sistemə keçid verilməklə təqdim edilməsi ilə bağlı müddəalar müəyyənləşdirilir. “İnformasiya əldə etmək haqqında” qanuna edilən dəyişikliklər isə informasiya sorğularının elektron kabinet vasitəsilə təqdim olunmasını və cavablandırılmasını əhatə edir.


Yeni müddəalara əsasən, sənədlərin EHİS-dəki elektron kabinet üzərindən təqdim edilməsi mümkün olacaq. Elektron kabinet vasitəsilə sorğu göndərildikdə və ya cavabın həmin kabinet üzərindən alınması istənildikdə, fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) nəzərdə tutulan identifikasiya məlumatları sırasına daxil edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью