Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünyada iqtisadiyyatı hərəkətə gətirən elektron avadanlıqların böyük hissəsi nisbətən az sayda ölkədə istehsal olunur. Yarımkeçiricilərdən və ekranlardan tutmuş smartfon və kompüterlərə qədər müxtəlif məhsulların istehsal gücü əsasən Asiya ölkələrində cəmlənib.
Banco.az Ember-in SEMI, DSCC, Prismark, Counterpoint Research, TrendForce, IEA, BNEF və GWEC məlumatları əsasında apardığı təhlilə istinadən xəbər verir ki, 2024-2025-ci illərdə qlobal rəqəmsal avadanlıq istehsal gücündə Çin böyük üstünlüyə malik olub.
Rəqəmsal avadanlıqlara yarımkeçiricilər, ekranlar, çap smartfonlar, kompüterlər və digər elektron məhsulların istehsal gücü daxildir.
Çin qlobal istehsal gücünün 58,8 faizinə sahib olmaqla birinci yerdədir. Bu göstərici ikinci yerdə olan Tayvanın payından təxminən 6 dəfə çoxdur. Çinin istehsal gücü siyahıdakı digər bütün ölkələrin ümumi göstəricisindən də yüksəkdir.
2024-2025-ci illərdə rəqəmsal avadanlıq istehsal gücündə ilk 10 ölkə:
Çin - 58,8%
Tayvan - 10,2%
Cənubi Koreya - 6,7%
Yaponiya - 4,8%
Hindistan - 3,8%
Vyetnam - 3,6%
ABŞ - 2,9%
Tailand - 1,3%
Meksika - 1,2%
Almaniya - 0,7%
Asiya ölkələri qlobal elektronika təchizat zəncirində əsas mövqedədir. Çinlə yanaşı Tayvan, Cənubi Koreya və Yaponiya birlikdə qlobal istehsal gücünün daha 21,7 faizini təşkil edir. Tayvan xüsusilə yarımkeçirici istehsalı və elektronika yığımı, Cənubi Koreya çip və ekran istehsalı, Yaponiya isə elektronika, komponentlər və texnologiyalar üzrə önə çıxır.
İlk dörd ölkədən sonra istehsal gücündə ciddi fərq yaranır. Hindistan 3,8 faizlə beşinci, Vyetnam isə 3,6 faizlə altıncı yerdədir. ABŞ 2,9 faizlə yeddinci olsa da, ölkə yarımkeçirici dizaynı və texnologiya sahəsində mühüm mövqeyə malikdir.
Reytinq qlobal texnologiya şirkətlərinin yerləşdiyi ölkələrlə onların məhsullarının faktiki istehsal olunduğu ölkələr arasındakı fərqi də göstərir. ABŞ bir çox aparıcı texnologiya və çip dizayn şirkətinin vətəni olsa da, fiziki elektronika istehsal gücü əsasən Asiyada cəmlənib.
Bizi sosial şəbəkələrdən izləyin!!