Elektroşok verilərək kəsilən heyvan... AÇIQLAMA

28.11.2025

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Elektroşokla huşsuzlaşdırma ilə kəsim dünyanın əksər ölkələrində standart və təhlükəsiz hesab olunan bir üsuldur. Bu metod düzgün tətbiq edildikdə həm heyvanın ağrı hiss etmədən kəsilməsi təmin olunur, həm də ətin keyfiyyəti qorunur. Elektrik axını heyvanın beynində ani, lakin qısa müddətli şüur itkisi yaradır və proses zamanı o heç bir ağrı hiss etmir".
Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.
O, bildirib ki, problemlər yalnız elektroşok qaydalara uyğun aparılmadıqda yaranır:
"Gərginlik və müddət düzgün seçilməzsə, heyvan tam huşsuzlaşmaya bilər və bu zaman stress, əzələ yığılmaları baş verir. Nəticədə ətin rəngi dəyişir, su buraxması artır, bəzi hallarda sərtləşir, damarların partlaması isə qırmızı ləkələr və hematomalar yaradır. Bu isə həm keyfiyyət, həm də qida təhlükəsizliyi baxımından mənfi haldır".
Ekspert bildirib ki, dünya qida standartlarında elektriklə huşsuzlaşdırma həm humanist hesab olunur, həm də doğru tətbiq edildikdə ətin keyfiyyətini yaxşılaşdıran üsullardan biri kimi qiymətləndirilir:
"Halal kəsimlə bağlı müzakirələr ayrıca bir mövzudur, lakin bir çox ölkədə kəsikdən dərhal əvvəl verilən, ölümü yox, yalnız huşsuzluğu təmin edən elektroşok dini baxımdan da qəbul olunur. Nəticə olaraq, qaydalara uyğun aparılan elektroşok həm təhlükəsiz, həm də ət keyfiyyəti üçün əlverişli hesab edilən beynəlxalq praktikadır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью