Ələsgər Məmmədlinin həbs müddəti uzadıldı

27.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin həbsdə saxlanılma müddəti uzadılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.

Hakim prokurorun təqdimatını əsaslı hesab edib.

Ələsgər Məmmədlinin həbs müddəti 3 ay uzadılıb. Cinayət işi üzrə təqsirləndirilən digər şəxslər barəsində də eyni qərar verilib.

Qeyd edək ki, iş üzrə ittiham edilənlər bu ilin martında həbs ediliblər. Onların hamısı qaçaqmalçılıqda ittiham edilirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью