Ələt Astara dəmir yolu xəttinin tikintisi 2027 ci ilə qədər tamamlanacaq

16.04.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ələt-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.

APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı Milli Biznesin İnkişafı Forumunda bildirib.

O qeyd edib ki, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir:

“Ələtdən Osmanlı istiqamətində olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Toplam uzunluq 243 kilometr təşkil edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью