Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.