Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.
Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.
Layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, daha sonra lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib.
Ardınca yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri aparılıb.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub.