Ələt Astara magistralının ətrafında yanğın baş verib FOTO | Icma.az
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir. Yeni Ələt-Astara magistralı ətrafında yanğın baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın magistralın Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Küləkli havaya görə alov yayılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu