​Ələt Astara yolu ödənişli olacaq?

14.07.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Ələt-Astara yolunun ödənişli olması ilə bağlı müzakirələr illər öncə gündəmə gəlmişdi. Hətta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlamasında yollarda ödənişin tətbiqi üçün turniketlərin artıq sifariş verildiyini qeyd etmişdi.

Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, bu istiqamətdə hər hansı yenilik müşahidə olunmayıb. Bəs hazırda məsələ hansı mərhələdədir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Metbauta.az-a açıqlamasında bildirib ki, hazırda bu məsələ planda yoxdur.

“Bu barədə məlumat olduğu zaman ictimaiyyətə məlumat veriləcək”, - deyə o qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью