Ələt Astara yolunda 2 nəfər ağır qəzada öldü

01.11.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ələt-Astara yolunda ölümlə nəticələnən ağır yol qəzası olub.

Modern.az xəbər verir ki, hadisə magistral yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 56 yaşlı Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil yük avtomobilinə çırpılıb. İdarəetmədən çıxan maşın dəmir arakəsmələrə çırpılıb. Nəticədə sürücü və həmkəndlisi olan 53 yaşlı Fariz Qarayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью