Ələt Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var KONKRET

12.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az  “Report”a istinadla xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı VAZ-2106, VAZ-2107 və mikroavtobus toqquşub.

Qəza nəticəsində üç nəfər yaralanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan üm nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью