Ələt Astara yolunda qəza: 3 nəfər yaralanıb

12.08.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və mikroavtobus toqquşub.

Qəza nəticəsində 3 nəfər yaralanıb.

TƏBİB-dən bildirilib ki, xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью