Ələt Astara yolunda sürücü qəzaya səbəb olub hadisə yerindən qaçdı VİDEO | Icma.az
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ələt-Astara yolunda baş vermiş qəza anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 28-də saat 09:00 radələrində qeydə alınıb.
Belə ki, 11-BJ-549 dövlət nömrə nişanlı “VAZ-21099” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib.
Bu zaman o, həmin zolaqdakı maşını sıxışdırıb və qəzaya düşməsinə səbəb olub.
Görüntünü qeydə alan sürücü maşınla toqquşmamaq üçün sola manevr edib və dəmir arakəsməyə dəyib.
Kadrda da əks olunduğu kimi, “VAZ” sürücüsü ən sağ zolağa keçid edərək hadisə yerindən uzaqlaşıb.
Nərmin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu