Ələt Osmanlı üzrə tikinti işlərinin 60 faizi başa çatıb

24.11.2026

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Şimal-Cənub dəhlizinin mühüm seqmentlərindən olan Ələt–Osmanlı–Astara xəttində yenidənqurma işləri davam etdirilir. Layihənin Ələt–Osmanlı hissəsi üzrə tikinti işlərinin 60 faizi başa çatıb.

Bunu AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yollarının Yük daşımaları departamentinin rəisi Samir Həziyev bildirirb

Onun sözlərinə görə, bu layihələrin tamamlanması nəticəsində qatarların sürəti bəzi sahələrdə 40 km/saatdan 80 km/saata qədər artırılacaq ki, bu da dəhlizin buraxılış qabiliyyətinə və yük çatdırılma müddətlərinə müsbət təsir göstərəcək.

"Strategiyamızın əsas istiqamətlərindən biri dəmir yolu şəbəkəsinin mərhələli şəkildə dəyişən cərəyan sisteminə keçirilməsidir. Buna misal olaraq Bakı–Böyük Kəsik dəmir yolu xəttinin mərhələli şəkildə dəyişən cərəyan keçirilməsini göstərmək olar. Artıq Böyük Kəsikdən Hacıqabul sahəsinədək dəyişən cərəyan sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb. Növbəti mərhələdə Hacıqabul–Bakı sahəsinin dəyişən cərəyana keçirilməsi üzrə işlər görüləcək. Dəyişən cərəyana keçid enerji səmərəliliyini artırmaqla yanaşı, qatarların sürətinin artırılmasına imkan yaradır və istismar xərclərini azaldır.

Yenilənən xətlərdən danışarkən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dəmir yolu layihələrinə də toxunmaq istərdim. Belə ki, Yevlax–Bərdə xəttində təmir-bərpa işləri aparılır, Ağdam–Xankəndi dəmir yolu xətti isə yenidən qurulur.

Bundan başqa, Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası kimi strateji ərazilərə dəmir yolu bağlantılarının yaradılması üzrə layihələr həyata keçirilir. Bu, gələcəkdə həmin bölgələrdə yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью