Yenisabah saytına istinadən Icma.az xəbər verir.
“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Ələt hövzəsində genişmiqyaslı infrastruktur layihəsinin icrasına başlayır.
“Yeni Sabah” xəbər verir ki, layihə çərçivəsində Ələt hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və müasir sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. İşlərin görülməsi üçün nəzərdə tutulan məbləğin ümumi dəyəri 115 milyon 475 min 365 manat 22 qəpik təşkil edir.
Qeyd edək ki, yeni infrastruktur obyektinin istifadəyə verilməsi ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və tullantı sularının idarə olunmasının müasir standartlara uyğunlaşdırılmasına xidmət edəcək. Pepperoni pizza
Cəlalə Cəlalqızı