Ələtdə 36 yaşlı kişi qatarın altında qaldı

29.09.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Qaradağ rayonu, Ələt qəsəbəsində qatarın vurması ilə bağlı bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Rəsul İbrahimov Habil oğlu qatarın altında qalıb. İlkin ehtimallara görə, o, intihara cəhd edib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək üçün həkimlər zəruri tibbi müdaxilələr aparırlar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ayla

Baku Post


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью