“Elfsborg “Qarabağ” matçının biletləri sabah satışa çıxarılacaq İdman və Biz

05.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək “Elfsborg" (İsveç) - “Qarabağ” FK matçının biletləri sabah satışa çıxarılacaq.

İdman.biz xəbər verir ki, “Borås Arena" stadionunda keçiriləcək matçı izləmək istəyən azarkeşlər vauçerləri saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə əldə edə biləcəklər.

"Qarabağ" dəstəkləyəcək futbolsevərlər oyun günü saat 16:00-dan 18:00-a kimi "Scandic Plaza Borås" (Allégatan 3, 503 32 Borås, Sweden) otelinin məlumat şöbəsinə yaxınlaşaraq vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 30 AZN-dir.

- Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsu

- Vauçeri əldə etdiyiniz zaman şəxsi məlumatları şəxsiyyətinizi təsdiq edən sənəddə olduğu kimi doldurmağınız xahiş olunur!

Qeyd edək ki, "Elfsborg" - "Qarabağ" oyunu dekabrın 13-ü saat 00:00-da (Bakı vaxtı ilə) start götürəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью