“Elfsborq” evdə, “Qarabağ” səfərdə üstündür TƏHLİL | Icma.az
Icma.az, Apasport portalına istinadən məlumat verir. Bu gün Avropa Liqasının VI turunun növbəti matçları keçiriləcək.
Təmsilçimiz “Qarabağ” “Elfsborq”un qonağı olacaq. Görüş soyuq və qarlı İsveçdə baş tutacaq.
Hava şəraiti və meydan amili Azərbaycan çempionuna müəyyən problemlər yarada bilər.
Həmçinin nəzərə almaq lazımdır ki, “Elfsborq” evdə keçirdiyi görüşlərdə üstün oyun nümayiş etdirir.
Buroslular öz meydanında keçirdiyi son 10 matçda məğlub olmayıb. İsveç təmsilçisi bunların 7-də qələbə qazanıb, 3-də heç-heçə edib.
Lakin “Elfsborq” üçün işlər elə də mükəmməl getmir. Komandanın çıxış etdiyi İsveç çempionatı yaz-payız sistemi ilə keçirilir.
Yəni Allsvenskan noyabr aylarının əvvəllərində yekunlaşıb. Buros təmsilçisi liqanın sona çatması ilə son 2 ayda cəmi 1 rəsmi matça çıxıb.
Avropa Liqasında “Atletik”lə qarşılaşan komanda meydandan xalsız ayrılıb – 0:3.
Tam oxu
Xəbəri oxu