Elfsborq hesabı açdı Yenilənir | Icma.az
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 6-cı tur oyununa çıxıb.
Bu, sözügedən yarışda 2024-cü ilin son oyunudur. QOL.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə İsveç "Elfsborq"u ilə qarşılaşır.
"Boras Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Oyunu Portuqaliyadan olan hakimlər idarə edir.
"Qarabağ" və "Elfsborq" tarixlərində ilk dəfə üz-üzə gəlirlər.
Qurban Qurbanovun komandası üçün Oskar Hilyemarkın kollektivini məğlub etmək pley-off şansını qorumaq baxımından olduqca vacibdir.
Hazırda turnir cədvəlində "Elfsborq" 4 xalla 28-ci, "Qarabağ" isə 3 xalla 32-cidir. Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur 00:00.
"Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 1:0 (İkinci hissə) Qol: Ahmed Qasem, 59 Hakimlər: Antoniu Nobre, Pedro Ribeyru, Nelson Pereyra, Bruno Miqel Karmo Vyeyra "Boras Arena" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu