Elfsborq Qarabağ: İsveç və Azərbaycan klublarının avrokuboklarda 10cu dueli ARAŞDIRMA | Ic…
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
UEFA Avropa Liqasında bu gün keçiriləcək "Elfsborq" - "Qarabağ" oyunu İsveç və Azərbaycan təmsilçilərinin avrokuboklarda 10-cu qarşılaşması olacaq.
"Report" xəbər verir ki, ilk belə oyun 2013/2014 mövsümünə təsadüf edib.
Ağdam klubu eyni turnirin III təsnifat mərhələsində bu ölkənin "Gefle" komandasına rəqib olub.
Hər iki görüş "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 1:0, 2:0.
Bir il sonra "İnter" (hazırkı "Şamaxı") Azərbaycan çempionunun hazırkı rəqibi olan "Elfsborq"la üz-üzə gəlib.
Səfərdə qalib gələn bakılılar (1:0), evdə eyni hesabla məğlub olub.
Penaltilər seriyasında daha dəqiq olan (4:3) qonaqlar mərhələ adlayıblar.
Tam oxu
Xəbəri oxu