“Elfsborq” “Qarabağ”: Kimdir favorit? İdman və Biz

10.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Avropa Liqasının Liqa mərhələsinin VI turunun “Elfsborq” – “Qarabağ” oyununun favoriti bəlli olub.

İdman.biz xəbər verir ki, UEFA-nın rəsmi saytı vasitəsilə keçirdiyi və davam edən səsvermədə aşkar üstünlük müşahidə olunur.

Sorğuya qatılanların 80 faizi Azərbaycan çempionunun səfər qələbəsi qazanacağını gözləyir. İsveç klubuna inananlar isə cəmi 15 faiz təşkil edir. Digər 5 faiz Skandinaviyada bərabərlik olacağı qənaətindədir.

Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə baş tutacaq “Elfsborq” – “Qarabağ” qarşlaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью