Elfsborq Qarabağ matçına 7000ə yaxın bilet satılıb

12.12.2024

Icma.az, Cbcsport portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasında 6-cı turun "Elfsborq" - "Qarabağ" matçına 7000-ə yaxın bilet satılıb.

Bu barədə İsveç klubunun idman direktoru Stefan Andreasson deyib.

İsveç mətbuatına müsahibə verən klub rəsmisi bu gün keçiriləcək oyunda təxminən 8000-9000 azarkeşin gəlməsini gözləyir. O, dekabr ayı üçün bu rəqəm heç də pis olmadığını etiraf edib. Andreasson turnirin əvvəlki turlarında ev oyunları zamanı tribunalarda 7-8 min nəfərin yer aldığını bildirib.

Qeyd edək ki, "Boras Arena"nın tamaşaçı tutumu 16200 nəfərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью