“Elfsborq” “Qarabağ” matçının biletləri satışa çıxarılır

06.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Qarabağ”ın İsveçdə “Elfsborq”a qarşı keçirəcəyi UEFA Avropa Liqası matçının qonaq azarkeşləri üçün biletlər sabahdan satışa çıxarılacaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər biletləri sabah saat 12:00-dan etibarən “iTicket.az” saytında əldə edə biləcəklər.

Fanatlar əldə etdikləri vauçerləri oyun günü saat 16:00-dan 18:00-a kimi “Scandic Plaza Boras” (“Allégatan” 3, 503 32 “Boras”, “Sweden”) hotelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidirlər. Biletlərin qiyməti 30 manatdır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-də start götürəcək.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью