Elfsborq Qarabağ matçının hakimi tanıdığımızdır

10.12.2024

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

News24.az xəbər verir ki, UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib:

Antoniu Nobre daha əvvəl Azərbaycanın U-21 millisinin oyununa 5 il öncə təyinat alıb. Millimizin böyük hesabla uduzduğu görüşün hakimi olub.

12 dekabr

“Elfsborq” - “Qarabağ”

Boras Arena. Saat 00:00

Baş hakim: António Nobre

Baş hakimin köməkçiləri: Pedro Ribeiro, Nelson Pereira

(Hakimlər briqadası Portuqaliyadandır)

Hakim-inspektor: Stefano Podeschi (San Marino)

UEFA nümayəndəsi: Ian Atkins (İngiltərə)

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью