Elfsborq Qarabağ oyunu bu hakimlərə TAPŞIRILDI

10.12.2024

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçdə yerli "Elfsborq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun hakimləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.

FIFA referisi Antoniu Nobreyə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью