Elgiz Əkbər: 1 qəpik pulun yoxdur, acından günorta durursan (Video)

23.11.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aparıcı Elgiz Əkbər efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, maddi imkanı olmayan bəzi şəxslərin qadınlar arasında maraq doğurmasından danışaraq maraqlı müqayisə aparıb.

Aparıcı bildirib ki, elə insanlar var, gündəlik ehtiyaclarını belə qarşılamağa çətinlik çəkirlər, lakin danışıq qabiliyyətləri ilə qadınların diqqətini cəlb etməyi bacarırlar. O, bu fikrini belə ifadə edib:

"Bir qəpik pulun yoxdur, acından günorta durursan. Amma Allah sənə elə bir dil verib ki... Görürəm, bunun bir qəpiyi yoxdur, çay alıb içə bilmir, amma qızlar sürü ilə dalınca düşüblər. Hamısı buna yazır".

Elgiz əlavə edib ki, bəzi kişilər qadınların diqqətini danışıq qabiliyyəti ilə, digərləri isə xarici görünüşü və bahalı avtomobilləri ilə cəlb edirlər. Aparıcının bu fikirləri müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью