Elgiz Əkbər: “Bu hadisədə həmkarlarımı daha yaxşı tanıdım”

23.11.2026

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Aparıcı Elgiz Əkbər  proqramında yaşananlarla bağlı açıqlama verib.

Adalet.az bildirir ki, yaranmış vəziyyətdən çox, həmkarlarının  onu müzakirə etməsini  qınayıb:

“Bu, canlı efirdir. Hər bir hadisə baş verə bilər. Yəni hər şey gözləniləndir. Emosinal anda hansısa ifadə düzgün səslənməyə bilər.  İnsanlar bəzən  hislərini cilovlaya bilmirlər. Ona görə də kiçik bir anlaşılmazlıq böyük qalmaqala qədər uzanır. Mən bu hadisədə daha çox həmkarlarımı yaxşı tanıdım. Onsuzda tanıyırdım, indi daha  yaxşı tanıdım. Mənə irad tutan adamın efirində  onlarla hadisə baş verir.  Hazırda ən bahalı  reklam onun veriliş üçündür. Səbəb nədir ? Onun  digər sosial  verilişlərdən nə fərqi var? Evindən qaçan, ailəsindən bezən hamı onun efirindədir. Hətta efirə gəlməyi də ödənişli edib. İnsan danışanda vicdanla, insafla danışmalıdır”.

Əntiqə 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью