Elgiz Əkbər: Nəsə sözüm olanda paylaşacam...

02.03.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, ARB telekanalında yayımlanan “Elgizlə izlә” proqramının bağlanması ilə bağlı xəbərlər hələ də gündəmdədir.

Bakıvaxtı.az sözügedən verilişin aparıcısı Elgiz Əkbərlə əlaqə saxlayaraq onun televiziya karyerasına qayıdıb-qayıtmayacağı barədə sual verib. Aparıcı bildirib ki, bu mövzuda hələlik açıqlama verməyəcək:

"Bu barədə nəsə demək istəmirəm. Zənglə nəyəsə cavab verməyəcəm. Yenilik baş versə, sosial mediada paylaşacağam. Mənim milyonluq səhifələrim var".

Qeyd edək ki, aparıcılar Elgiz Əkbər və Tarix Əliyevin verilişlərinin yayımı dayandırılıb. Həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlә” və Space TV-də ekrana çıxan “Tarixin bir günü” proqramları artıq yayımlanmır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью