Elgiz Elşənin verilişinə getməkdən imtina edib

04.11.2024

Icma.az, Shownews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aparıcı Elgiz Əkbər Elşən Orucovun verilişinə qatılmaqdan imtina edib. 

Bu haqda Elgiz özü proqramında danışıb. O bildirib ki, buna səbəb Elşənin verilişinin əyləncə xarakterli olması olub:

"İki dəfə məni çağırdı, gedə bilmədim. İlk dəfə çağıranda sosial veriliş aparırdım: ciddi mövzular, hüquq müstəvisində həll olunan problemlər. Onun verilişində isə artistlik etmək lazım idi. Dedim ki, verilişlərimizin motivləri düzgün gəlmir. Orada hansı zarafatdan söhbət gedə bilər? Bir müddət sonra şou-bizneslə bağlı proqram aparırdım. Afaq Bəşirqızı ilə çıxmalı idik, amma alınmadı. Afaq Bəşirqızı xəstələndi".  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью