Icma.az, Fanat saytına istinadən bildirir.
Bu gün qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son yoxlama oyununda "Şimal"ı 4:0 hesabı ilə məğlub edən "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli matçın ardından fikirlərini bölüşüb.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması ilə tanış olun:
"Şimal"la görüş toplanışın son oyunu idi. Təbii ki, sınaq aqarşılaşmalarında nəticə önəmli deyil. Amma istəyimiz qələbə qazanmaq və çempionat matçı ərəfəsində psixoloji üstünlük əldə etmək idi. Komandamdan razı qaldım. Futbolçularımız istəkli idilər, qol vurmağa çalışır, həvəslə mübarizə aparırdılar. Bunun nəticəsində böyükhesablı qələbə qazana bildik. İki gün istirahət edəndən sonra çempionat matçına hazırlaşacağıq".
Nihat