Elgiz Kərəmli karyerasını Premyer Liqada davam etdirəcək

13.06.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Mövsümün sonunda “Şəfa”dan ayrılan Elgiz Kərəmli Azərbaycan Premyer Liqasında işləyəcək.

İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, mütəxəssis ”Kəpəz”in baş məşqçi postuna təyinat alacaq Arif Əsədovun köməkçisi olacaq.

Gəncə təmsilçisi qarşıdakı mövsümə uğurla start vermək istəyir. Son illər çempionata bir qayda olaraq uğursuz başlayan “Kəpəz” yeni sponsorun və idarəçilərin gəlişi ilə iddiasını artırmaq arzusundadır.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью