Elgiz Kərəmli “Mingəçevir” FK nın təklifini geri çevirdi

13.07.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Şəfa” futbol klubunun sabiq baş məşqçisi Elgiz Kərəmli “Mingəçevir”in təklifini geri çevirib.

Gənc mütəxəssis danışıqların aparıldığını, lakin yekunda bu təklifi qəbul etmədiyini bildirib.

“Bəli, “Mingəçevir” mənə təklif gəlmişdi. Ortaq məxərəcə gələ bilmədik. Məsələ müqavilə ilə bağlı deyildi. Sadəcə, ümumi məsələlərdə razılaşmadıq. Buna görə də əməkdaşlıq baş tutmadı”, - deyə o sport24.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, Kərəmli daha öncə “İmişli”nin yeni baş məşqçisi Fərid Namazovun köməkçisi işləməkdən imtina edib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью