Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün qış toplanışı çərçivəsində keçirdiyi yoxlama oyununda MOİK-i 2:0 hesabı ilə məğlub edən "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli fikirlərini bölüşüb.
33 yaşlı mütəxəssis Fanat.Az-a danışıb:
"Fasilədən sonra futbolçularımız oyun ritmindən düsüblər. Zədəli futbolçularımızın bəziləri sıraya dönüblər. Onların da fiziki gostəriciləri aşağı düşdüyü üçün komandanın ümumi fiziki durumunda disbalans yaranıb. Oyundan-oyuna istədiyimiz səviyyəyə catacaqlarıni duşünürəm.
MOİK ilə görüş ikinci yoxlama oyunumuz idi. Oyun planında stabilliyi qorumağa çalışırıq. Bu görüşdə də futbolçularımız istəkli idilər. Oyundan qopmamağa calışdılar. Müdafiə və hucum planında istəklərimizi yerinə yetirməyi bacardılar. Heyətdəki bütün futbolçulardan razı qaldım".
Qeyd edək ki, 1-ci Liqanın lideri "Şəfa" ilk sınaq matçında Premyer Liqa təmsilçilərindən olan "İmişli"ni 1:0 hesabı ilə üstələyib. Bakı təmsilçisi növbəti yoxlama oyunlarını yanvarın 28-də "Difai"yə, 29-da isə "Şimal"a qarşı keçirəcək.
Nihat