Elgün üçün susma! Günün şeiri

26.05.2025

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Gülsadə İbrahimlinin "Elgün üçün susma!" şeirini təqdim edir.

"12 May Elgünün meyiti tapıldı!"
"Bir qız öldürüldü!"
"Bir uşaq çaya atılıb!"
Bir uşaq!...
Bir uşaq!...
Manşetləri ölüm xəbərləri bəzəyir
Əl-əl gəzən görüntülərdən ürpənmirik...dinmirik!
Xəbər başlıqlarından ibarət olmuş "Gələcəyimiz"
vicdansız döngünün qurbanıdır.
Qorxuram! Ana kimi qorxuram,
Müəllim kimi qorxuram, qadın kimi qorxuram!
Gərçəklər pərdələnib,
Günahların üzü sırtıq
Susduğumuz üçün qatilik!
Bir uşağın iniltisi qədər çarəsizdir cəsarətimiz,
insanlıq öldürülüb bir məsumun bədənində
Dilsiz meyitlərin sirləri kimi kimi susub vicdanımız.
"Məndən ötdü"- demişdi ustad yana-yana,
"Məndən ötdü" deyə-deyə daş bağladıq ağrımıza.
Əli qanlı cinayətkarın azadlığı qədər haramdır susmaq!
Susmaq!
Susmaq!...
Susa-susa öldürürük doğduqlarımızı,
Suda boğduqlarımızı,
Məzara qoyduqlarımızı...
Susdurulmuş vicdanların körpə qurbanları,
"Silah qurbanları",
"Nəşə qurbanları",
"Tamah qurbanları!"
Ölü keçmişdən başqa bir şey deyilik,
Biz gerçəyin üzünə lal baxan
Susdurulmuş qatilik!

“UNİDESTİN” Tədris Mərkəzinin açılışı olub BDU-da l şeir forumu keçirilib Onlar dünyanı dəyişdirdi - Ən məşhur 5 yəhudi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью