Elgünün ölümündə cəmiyyəti günahlandırdı

16.05.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Aktyor Hikmət Rəhimov martın 12-si axşam saatlarında Gəncədə vəhşicəsinə qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, aktyor hadisədə cəmiyyəti günahlandırıb:

"Göte deyir ki, bir cəmiyyətin nə vəziyyətdə olduğunu bilmək istəyirsinizsə, onun teatrına baxın. Heç kim cəmiyyət üçün heç nə etmək istəmir. Nə qədər adamla söhbət etmək istədim, anladım ki, mümkün deyil. Boş-boş danışmağı əla bacarırıq.

Bütün çəkdiyim filmlərin mövzusu sevgisizlik idi. Cəmiyyətin hara üz aldığını bilirdim. Bu, bir nəfərə maraqlı oldu? Qətiyyən. Çünki əyləncəsi yemək olan bir toplum belə bir vəziyyətə gəlməlidir".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью