Elhad Nəziri Gəncəbasar ın qələbəsini şərh etdi

10.09.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Rəqibin həm xarakter baxımından, həm də təcrübəli futbolçuların sayına görə kifayət qədər güclü heyəti var".

İdman.Biz xəbər verir ki, bu barədə "Gəncəbasar" futbol komandasının baş məşqçisi Elhad Nəziri Azərbaycan Birinci Liqasının ikinci turunda "Xankəndi" üzərində qazanılan qələbəni (2:1) şərh edərkən deyib.

Mütəxəssis rəqibin oyun üslubunu öncədən təhlil etdiklərini vurğulayıb:

"Xankəndi"nin "Səbail"lə 1:1 hesablı heç-heçə etdiyi oyunu 90 dəqiqə izləmişdim. Hansı üslubda oynadıqlarını analiz etmişdik. Xüsusilə rəqibin oyunda üstünlük yaradan müəyyən gedişlərinin qarşısını almağa çalışdıq. Futbolçularım verdiyim tapşırıqların öhdəsindən layiqincə gəldilər. Onları təbrik edirəm".

E.Nəziri növbəti matça fokuslandıqlarını da qeyd edib: "İndi isə növbəti oyuna hazırlaşırıq. İnşallah, qarşıdakı görüşdə də yaxşı nəticə qazanarıq".

Qeyd edək ki, Azərbaycan Birinci Liqasının ikinci turuna sentyabrın 11-də yekun vurulacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью