ƏlHor klubunun portuqaliyalı futbolçusu saxlanılıb

30.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Portuqaliya millisinin sabiq üzvü Ruben Semedu paytaxt Lissabonda saxlanılıb. Sport24.az "Correio da Manh" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hor" klubuna məxsus olan 30 yaşlı müdafiəçi ailədaxili zoraxılıqda şübhəli bilinərək tutulub.

Oyunçu dekabrın 29-da sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə saxlayıb. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruben Semedu 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib. O, 2018-ci ilin fevralında isə İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilmişdi. Semedu girov müqabilində həbsxanadan azadlığa buraxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью