Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Furkan Avara 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
O, qızıl medal uğrunda döyüşdə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək.
Yarımfinalda İrlandiya təmsilçisi Ellen Coysa uduzan Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatının bürünc medalına sahib olub.
Avropa çempionatı: 3 boksçumuz 1/8 finalda Boksçularımızdan Avropa çempionatına 3 qələbə ilə start Millimiz Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb Azərbaycan U-19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq