Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala yüksəlib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 60 kiloqram çəkidə mübarizə aparan millimizin üzvü yarımfinalda Furkan Avarla (Türkiyə) döyüşüb.
Hər 3 raundu xeyrinə bitirən təmsilçimiz qələbə seriyasını davam etdirib. Baxışov rəqibinə bu dəfə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
Boksçumuz finalda Daniele Fabi (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Yarımfinalda Banuçiçək Nəsirli (48 kq) isə Ellen Coysla (İrlandiya) gücünü yoxlayıb. Rəqib finala vəsiqə qazandığından boksçumuz çempionatı bürünc medalla bitirib.
Qabil YUSİFOĞLU
XQ