Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı finalda ABŞ-li Raylen Vaksa uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl təmsilçilərimizdən İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.